“Liverpul” macar futbolçunu “qaralayıb”

“Bornmut”un müdafiəçisi Miloş Kerkez karyerasını İngiltərənin digər klubunda davam etdirə bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub “Liverpul”dur.

Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot Kerkezi Endryu Robertsonun uzunmüddətli əvəzləyicisi kimi görür.

Macar futbolçunun mümkün transfer dəyəri 35 milyon avro qiymətləndirilir. O, cari mövsümdə “Bornmut”un heyətində 38 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button