“Liverpul”un kapitanı olmağı arzulayır

İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Trent-Aleksandr Arnold açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu, “qırmızılar”ın kapitanı olmaq istədiyini bildirib:

“Liverpul”un kapitanı olmaq istədiyimi deməkdən çəkinmirəm. Hər zaman bunu xəyal etmişəm və bu, məni motivasiya edib. Bu xəyalım gerçəkləşəcək, ya yox, bilmirəm, çünki bu qərarı mən vermirəm. Bir dəfə belə olsa, bu komandada kapitanlıq etmək istəyərəm.

Uşaqlıqdan bu komandanın futbolçusu olmaq istəmişəm. “Liverpul” mənim evimdir. Klubumu dəyişdirməklə bağlı heç vaxt düşünməmişəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button