“Liverpul” italiyalı futbolçunu icarəyə vermək variantını nəzərdən keçirir
Federiko Kyeza qış transfer pəncərəsində “Liverpul”u tərk edə bilər.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Mersisayd klubunun rəhbərliyi italiyalı futbolçunu icarəyə vermək variantını nəzərdən keçirir.
Kyeza daha əvvəl çıxış etdiyi İtaliya A Seriyasına qayıda bilər. “Yuventus”un keçmiş futbolçusunun xidmətində “İnter”, “Roma” və “Milan” maraqlıdır. O, “Liverpul”da məhrum olduğu müntəzəm oyun praktikası qazanmaq üçün İtaliyaya gedə bilər.
27 yaşlı yarımmüdafiəçi cari mövsümdə “qırmızılar”ın heyətində 3 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib. Onun “Liverpul”la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin