“Liverpul” Konateyə əvəzləyici tapıb

“Liverpul”un müdafiəçisi İbrahima Konate yay transfer pəncərəsində klubu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq “qırmızılar” onun üçün potensial əvəzləyici axtarmağa başlayıblar. “Braqa”nın müdafiəçisi Sikou Niakate “Liverpul”un maraq dairəsinə düşüb. Futbolçunun müqaviləsində 30 milyon avro təzminat nəzərdə tutulub.

Niakatenin “Braqa” ilə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə 31 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button