Salah “Liverpul” tarixinin ən ödənişli futbolçusu ola bilər

“Liverpul” klubu futbolçusu Məhəmməd Salahın müqaviləsinin müddətini artırmaq istəyir.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi misirli hücumçu ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalamaq niyyətindədir. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Liverpul” artıq Salaha yeni müqavilə təklif edib və tərəflər arasında danışıqlar gedir.

Təklif olunan müqavilənin detalları açıqlanmayıb, amma Salah yeni sözləşməni qəbul etsə, “Liverpul” tarixinin ən yüksək ödənişli futbolçusu ola bilər.

Hazırda həftəlik 233 min avro qazanan 29 yaşlı futbolçunun müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button