“Masamın üzərində yeni müqavilə təklifi var, ancaq…” – “Liverpul”un futbolçusu
“Liverpul” klubu futbolçusu Divok Origiyə yeni müqavilə təklif edib.
Komanda.az xəbər verir ki, bu barədə belçikalı hücumçu “Mirror” nəşrinə açıqlamasında deyib. O, “Liverpul”un yeni sözləşmə təklif etdiyini, ancaq hələ qərarını vermədiyini bildirib:
“Masamın üzərində yeni müqavilə təklifi var, ancaq hələ qərarımı verməmişəm. Milli komandaların oyunlarından sonra rəhbərliklə müzakirələrimiz olacaq və daha sonra qərarımı verəcəm”.
2014-cü ildən “Liverpul”da çıxış edən Originin hazırkı müqaviləsi 2020-ci ilin yayına qədərdir. 24 yaşlı hücumçu geridə qalan mövsümdə 22 qarşılaşmada iştirak edərək, 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin