
“Liverpul”un “B” planı
“Liverpul” komandanın baş məşqçisi vəzifəsinə Ruben Amorim və Yulian Naqelsmannın namizədliyini nəzərdən keçirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu hazırda “Bayer”ə başçılıq edən Xabi Alonso ilə razılığa gələ bilməsə, bu mütəxəssislərdən biri ilə anlaşmağa çalışacaq.
“Liverpul”un hazırkı baş məşqçisi Yurgen Klopp 2023/24 mövsümünün sonunda klubu tərk edəcək.
Ruben Amorim “Sportinq”ə, Yulian Naqelsmann isə Almaniya millisinə rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin