İngiltərə klubu Kimmixin nümayəndələri ilə danışıqlara başlayıb

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Liverpul” 29 yaşlı futbolçunu transfer etmək istəyir.

İngiltərə klubu Kimmixin nümayəndələri ilə ilkin danışıqlara başlayıb. “Qırmızılar” alman futbolçunu sərbəst transfer edə bilər, çünki onun “Bayern”lə hazırkı müqaviləsi bu il iyunun sonunda başa çatacaq.

Kimmix 2015-ci ildən Münhen klubunda çıxış edir. O, cari mövsümündə 18 matçda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button