“Liverpul” keçmiş futbolçusunu istəyir
İcarə əsasında “Bavariya”da çıxış edən “Barselona”nın futbolçusu Filippe Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqanın bir neçə klubu braziliyalı futbolçunun xidmətində maraqlıdır. Futbolçunun “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem” kimi klubların maraq dairəsində olduğu bildirilir. Bundan başqa, keçmiş klubu “Liverpul” da Koutinyonu yenidən heyətinə qatmaq niyyətindədir.
Ötən ilin avqustunda icarə əsasında “Bavariya”ya keçən 27 yaşlı futbolçu, cari mövsümün sonunadək Münhen klubunda çıxış edəcək. “Barselona” futbolçunu uyğun məbləğ qarşılığında satmaq niyyətindədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin