“Liverpul” 17,5 milyon avroluq təklifi rədd edib

“Liverpul” rəhbərliyi komandanın yarımmüdafiəçisi Fabio Karvalyonu “Sauthempton”a satmamaq qərarına gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” İngiltərə klubunun 17,5 milyon avroluq təklifini rədd edib. “Liverpul” portuqaliyalı futbolçunu baha qiymətə satmaq niyyətindədir. Klub yalnız tamhüquqlu transferi nəzərdən keçirməyə hazırdır, rəhbərlik futbolçunu icarəyə verməkdə maraqlı deyil.

Karvalyo 2023/2024 mövsümündə “Hall Siti”də icarə əsasında çıxış edib. O, 20 matçda iştirak edib, 9 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button