“Liverpul” onu istəmir – satacaq
Loris Kariusun icarə əsasında çıxış etdiyi “Beşiktaş”dan ayrılaraq, müqavilə ilə məxsus olduğu “Liverpul”a qayıtdığını xəbər vermişdik.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu, alman qapıçı ilə bağlı qərarını verib. “Qırmızılar” Kariusun əsas komanda ilə məşq etməsinə icazə verməyəcək. “Liverpul”un yay transfer pəncərəsi dövründə 26 yaşlı qolkiperi satışa çıxaracağı bildirilir.
Kariusun “Liverpul”la müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin