
“Liverpul” kapitanını itirdi
İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində “Brayton”a 3:1 hesabı ilə qalib gələn “Liverpul” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “qırmızılar”ın kapitanı Cordan Henderson sıradan çıxıb. Oyunun 80-ci dəqiqəsində zədələnən ingiltərəli futbolçu meydanı vaxtından əvvəl tərk etməli olub və onu Ceyms Milner əvəzləyib. Hendersonun dizindən zədələndiyi və vəziyyətinin tibbi müayinədən sonra müəyyənləşəcəyi bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin