“Liverpul” FİFA-ya şikayət edəcək – İtaliya klubundan
“Liverpul” İtaliyanın “Latsio” klubundan FİFA-ya şikayət etməyə hazırlaşır.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb, “Latsio”nun son klubu “Liverpul” olan Bobbi Adekanye ilə İngiltərə təmsilçisindən xəbərsiz görüşlər keçirməsi olub.
FİFA-nın qaydalarına görə, 23 yaşadək olan futbolçular müqavilələrinin bitiminə 6 ay qalmış, forma geyindiyi klubdan icazəsiz başqa komandalarla danışıqlar apara bilməz.
Adekanye martda “voetbalzone.nl” saytına açıqlamasında “Latsio” ilə görüşdüyünü təsdiqləmişdi.
“Liverpul”la müqaviləsi iyulun 1-də bitən 23 yaşlı hücumçu, azad agent kimi “Latsio”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin