“Liverpul” istəyinə çatır
“Bavariya”nın futbolçusu Tyaqo Alkantaranın “Liverpul”un hədəfində olduğunu xəbər vermişdik.
Komanda.az “RMC Sport”a istinadən xəbər verir ki, Mersisayd klubu bu transferi tamamlamağa yaxındır. Məlumata görə, “qırmızılar” 29 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə ilə bağlı razılıq əldə edib. Alkantaranın bu xəbəri Münhen klubundakı komanda yoldaşlarına bildirdiyi deyilir.
Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
İspan futbolçunun “Bavariya” ilə anlaşması növbəti ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin