“Liverpul”un istədiyi futbolçu klubundan ayrılmaq istəmir
“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi klubundan ayrılmaq istəmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” ispaniyalı futbolçuya əsas iddiaçı hesab olunur və 60 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdır.
25 yaşlı yarımmüdafiəçini “qırmızılar”da oynamaq fürsəti çox cəlb edir. Lakin o, hazırkı transfer pəncərəsində “Real Sosyedad”dan ayrılmasına əmin deyil.
Subimendi bütün karyerasını İspaniya klubunda keçirib. Onun “ağ-mavilər”in əsas komandasında 188 matçı var.
İspaniyalı futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin