“Liverpul”un hədəfindədir – İspaniya millisinin üzvü
“Liverpul” yay transfer pəncərəsində heyətini gücləndirmək variantlarını araşdırır.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, Mersisayd klubu “Real Sosyedad”dan yarımmüdafiəçi Martin Subimendi transfer etmək imkanını nəzərdən keçirir.
25 yaşlı futbolçunun adı əvvəllər Premyer Liqanın digər klubları – “Mançester Yunayted” və “Arsenal”la yanaşı hallanırdı. O, bu yay İspaniya millisinin heyətində Avropa çempionu olub.
Subimendinin “Real Sosyedad”la hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin