“Liverpul” yenidən cəhd edəcək – İspaniyalı futbolçu üçün
“Liverpul” “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendini almaq üçün yeni cəhd edəcək.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu yay “qırmızılar”ın əsas transfer hədəfi hesab olunurdu, lakin uzun sürən danışıqlar uğursuz olub. Subimendi doğma klubuna sadiq qalaraq, İngiltərəyə köçməkdən imtina edib. Onun “Liverpul”a keçidi yaxın gələcəkdə baş verə bilər. Premyer Liqa nəhəngi yanvarda yarımmüdafiəçini cəlb etmək üçün yenidən cəhd etməyə hazırdır.
25 yaşlı futbolçunun “Real Sosyedad”la hazırkı müqaviləsində 60 milyon avro dəyərində sərbəst buraxılma maddəsi var. Tərəflər yeni anlaşmanı müzakirə edirlər, yəqin ki, müqaviləyə daha əhəmiyyətli bənd daxil ediləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin