“Liverpul” 60 milyon avroluq transfer edəcək?
“Liverpul” “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi ilə maraqlanır.
Komanda.az “goal”-a istinadən xəbər verir ki, mersisaydlılar 25 yaşlı ispaniyalı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır. Bu məbləğ futbolçunun müqaviləsində təzminat kimi göstərilib.
Subimendi “Real Sosyedad”ın məzunudur. O, 2023/24 mövsümündə komandanın heyətində 45 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin