“Nyukasl” İsak üçün təklifi rədd edib

“Nyukasl” 25 yaşlı hücumçusu Aleksander İsakı hələlik satmaq niyyətində deyil.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “sağsağanlar” “Liverpul”un ilk transfer təklifini rədd edib.

İsak rəhbərliyə “Liverpul”a keçmək istədiyini açıq şəkildə bildirib. Buna baxmayaraq, “Nyukasl” onu saxlamaqda qərarlıdır. Mersisaydlıların yaxın günlərdə yeni və daha cəlbedici təklif göndərəcəyi gözlənilir.

İsveçli hücumçu son mövsümdə Premyer Liqada 34 oyunda 23 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl onun “Liverpul”la şəxsi müqavilə şərtlərini razılaşdırdığı da bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button