
“Liverpul” İsaka alternativ tapıb
“Brentford”un hücumçusu Yohan Vissa İngiltərənin top-klublarından birinin diqqətini çəkib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” futbolçunu transfer etməkdə maraqlıdır. “Qırmızılar”ın rəhbərliyi forvardı “Nyukasl”ın buraxmaq istəmədiyi isveçli oyunçu Aleksander İsaka alternativ hesab edir. “Brentford” Vissanın satışından təxminən 58 milyon avro qazanacağını gözləyir.
28 yaşlı hücumçu 2024/2025 mövsümündə 39 oyun keçirib, 20 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi gələn ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin