“Liverpul” İngiltərə millisinin üzvünə göz dikib

“Liverpul” yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, mersisaydlılar gözlərini İngiltərə millisinin müdafiəçisi Mark Quehiyə dikib. 24 yaşlı futbolçu “Kristal Pelas”da çıxış edir.

“Liverpul” bir neçə həftədir ki, Mark Quehinin transferini müzakirə edir. İndi Avropa çempionatı başa çatdıqdan sonra proses daha da sürətlənəcək. Lakin maliyyə detalları hələ müzakirə edilməyib.

Quehi “Çelsi” akademiyasının yetirməsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button