“Liverpul” futbolçusuna uzunmüddətli müqavilə təklif edir

Trent Aleksander-Arnold “Liverpul”la yeni müqavilə imzalaya bilər.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, mersisaydlıların rəhbərliyi ingiltərəli futbolçuya 2029-cu ilin yayına qədər olan müqavilə təklif edir. Tərəflər danışıqlar aparır. Onun “Liverpul”la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.

“Real”ın 24 yaşlı müdafiəçi ilə maraqlandığı barədə xəbərlər yayılmışdı.

Aleksander-Arnold İngiltərə Premyer Liqasında ötən mövsüm 28 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button