“Liverpul”da itki – 2-ci turu buraxacaq
“Liverpul” İngiltərə Premyer Liqasının 2-ci turunda “Sauthempton”la qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi sözügedən qarşılaşmada yarımmüdafiəçi Nabi Keytanın köməyindən istifadə edə bilməyəcək. Bu barədə “Liverpul”un baş məşqçisi Yurgen Klopp klubun saytına açıqlamasında bildirib. Alman mütəxəssis, Keytanın zədəsinin olduğunu və bərpa müddətini bilmədiklərini deyib.
“Sauthempton” – “Liverpul” matçı sabah, saat 18:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin