Rekordlarla zəngin gecə

“Liverpul” İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin təkrar oyunları (ilk oyun 2:2) çərçivəsində “Şrusberi Taun”la qarşılaşıb.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin sözügedən matçdakı əsas heyət oyunçularının hamısı 23 yaşdan aşağı olub. Bu, “Liverpul”da klub tarixində bir oyunda iştirak edən ən gənc heyətdir. Belə ki, əsas heyətin yaş ortalaması 19 yaş 102 gün olub. Kubok matçında komandaya U-23-ün çalışdırıcısı Nil Kritçli rəhbərlik edib.

Bundan əlavə, “Şrusberi Taun”la matçda kapitan kimi meydana çıxan Kurtis Cons klubun ən gənc kapitanı ünvanını qazanıb. Belə ki, o, “Şrusberi Taun”la oyuna çıxarkən 19 yaş 5 günlük idi.

“Liverpul” – “Şrusberi Taun” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Mersisayd təmsilçisi 1/8 finalda “Çelsi” ilə qarşılaçacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button