Salah “Liverpul”da bunu bacaran ilk futbolçu oldu

“Liverpul” İngiltərə Premyer Liqasının 33-cü turunda “Nyukasl”la qollu bərabərə qalıb – 1:1.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada Mersisayd təmsilçisinin yeganə qolunu vuran Məhəmməd Salah klubun tarixinə düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu Premyer Liqa tarixində üç fərqli mövsümdə 20 və daha çox qol vurmağı bacaran ilk “Liverpul”lu olub.

Misirli futbolçu bundan əvvəl Premyer Liqada 2017/18 mövsümündə 32, 2018/19 mövsümündə 22 qol vurmuşdu. Salah bu mövsüm çempionatda 32 oyunda 20 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button