Luis Suaresə çatdı, 4-cü oldu
“Liverpul” İngiltərə Premyer Liqasının 27-ci turunda “Vest Hem”i məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:2 hesabıyla bitən görüş Mersisayd təmsilçisinin futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub. Belə ki, londonlularla görüşdə də fərqlənən Salah, “Liverpul”la Premyer Liqadakı qollarının sayını 69-a çatdırıb.
Misirli hücumçu Mersisayd təmsilçisinin tarixində Premyer Liqada ən çox qol vuran 4-cü futbolçudur. Salah bu göstəricidə “Liverpul”un sabiq hücumçusu Luis Suaresə çatıb. “Qırmızılar”ın tarixində Premyer Liqada ən çox qol vuran isə Robbi Faulerdir – 128 qol.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin