“Liverpul” ingilis futbolçu ilə müqaviləni uzatmaq istəyir

“Liverpul” rəhbərliyi müdafiəçi Trent Aleksandr-Arnoldla müqaviləni yeniləmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar gedir.

Müdafiəçinin “qırmızılar”la hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.

25 yaşlı futbolçu “Liverpul” akademiyasının məzunudur. O, əsas komandada 2016-cı ildə oynamağa başlayıb. Arnold bu müddət ərzində bütün turnirlərdə 284 matçda iştirak edib, 16 qol vurub və 75 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button