“Liverpul” ilk təklifini edib – Argentinalı futbolçuya

“Brayton”un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını “Liverpul”da davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” öz layihəsini və təklifini futbolçuya təqdim edib.

“Brayton” rəhbərliyinin argentinalı futbolçunun satışından ən azı 60 milyon avro almağı planlaşdırdığı bildirilir.

Makallisterlə “Brayton” arasındakı hazırkı müqavilə 2025-ci ilin yayına qədərdir.

24 yaşlı argentinalı bu mövsüm İngiltərə klubunda 34 oyuna çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button