200 milyondan çox qazanıblar, 300 milyondan çox xərcləyiblər

“Liverpul” yay transfer dövründə oyunçu satışından 200 milyon funt sterlinqdən çox gəlir əldə edib.

“Qırmızılar” Luis Diası “Bayern”ə 64,7 milyon, Darvin Nunyesi “Əl-Hilal”a 56,1 milyon funt sterlinqə, Trent Aleksander-Arnoldu “Real”a 8,6 milyon avroya, Kevin Kelleheri “Brentford”a 18 milyon funt sterlinqə, Karrel Kvansunu 30,2 milyon avroya və Ben Douku “Bornmut”a 25 milyon funt sterlinq qarşılığında satıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubu yeni transferlərə satdığı futbolçulardan əldə etdiyi gəlirdən daha çox xərcləyib.

Belə ki, “Liverpul” yeni transferlərə 300 milyon funt sterlinqdən çox vəsait xərcləyib. Yayda komandaya Florian Virts, Miloş Kerkez, Ceremi Frimponq, Huqo Ekitike və Covanni Leoni qoşulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button