“Liverpul”un Firmino planı

“Liverpul” futbolçusu Roberto Firminonu komandada saxlamağı düşünür.

Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 31 yaşlı braziliyalı futbolçuya yeni müqavilə təklif edə bilər. Hazırkı sözləşmə 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Firmino 2015-ci ilin iyulundan “Liverpul”da çıxış edir. O, 2022/23 mövsümündə komandanın heyətində 21 matça çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button