“Liverpul” hücumçusuna yeni müqavilə təklif edəcək
“Liverpul” futbolçusu Roberto Firmino ilə müqavilənin müddətini uzatmağı düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 31 yaşlı braziliyalı ilə 2025-ci ilin iyun ayının sonuna qədər yeni sözləşmə imzalaya bilər.
Roberto Firmino 2015-ci ilin iyulundan “Liverpul”un formasını geyinir. Onun klubla cari sözləşməsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Braziliyalı bu mövsüm Premyer Liqa klubunun heyətində 21 matça çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin