
İsak üçün fantastik təklif hazırlanır
“Liverpul” “Nyukasl”ın hücumçusu Aleksander İsakı transfer etmək üçün hərəkətə keçib.
Komanda.az “GiveMeSport”-a istinadən xəbər verir ki, Mersisayd klubu isveçli forvarda görə 100 milyon funt sterlinq və əlavə bonuslar daxil olmaqla irihəcmli təklif hazırlayır.
Bonuslarla birlikdə bu transferin ümumi dəyəri “Liverpul”un digər hədəfi – Florian Virtsə ayrılan vəsaiti belə, keçə bilər. Virtsin tam bonuslarla keçidi gerçəkləşərsə, 116 milyon funt sterlinqlə Premyer Liqa tarixinin ən bahalı transferi olacaq.
İsakın transferi üçün tələb olunan vəsaitin bir hissəsinin Darvin Nunyesin mümkün satışı hesabına qarşılanması planlaşdırılır.
Bununla belə, “Liverpul” tərəfi bu transferin asan olmayacağının fərqindədir. “Nyukasl” 25 yaşlı futbolçusuna görə 150 milyon funt sterlinqdən çox tələb edə bilər.
İsak son mövsümdə Premyer Liqada 23 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, yalnız Məhəmməd Salahdan (“Liverpul”) (29 qol) geri qalaraq, ikinci ən məhsuldar oyunçu olub.
Bizi Facebook-da izləyin