Gürcü futbolçu “Liverpul”la müqavilə imzalayacaq – Bu gün

“Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili “Liverpul”un futbolçusu olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün gürcü qolkiper tibbi müayinədən keçəcək. Bundan sonra gələcək satış faizi ilə 35 milyon avroluq müqavilə imzalanacaq. Lakin futbolçu “Liverpul”a 2025-ci ilin iyulunda keçəcək.

Mamardaşvili bu mövsüm “Valensiya”da qalacaq.

Almaniyada keçirilən Avropa çempionatından sonra 23 yaşlı futbolçu “transfermarkt” portalının versiyasına görə ən bahalı qapıçı olub. Onun dəyəri 45 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button