“Liverpul” gürcü futbolçu ilə müqavilənin şərtlərini razılaşdırıb

“Liverpul” “Valensiya”nın qapıçısı Georgi Mamardaşvili ilə müqavilənin şərtləri ilə bağlı razılığa gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstan millisinin 23 yaşlı qolkiperi qarşıdakı mövsümləri başqa klublarda icarə əsasında keçirməli olsa belə, “Valensiya”dan getməyə hazırdır.

Məlumatda qeyd olunur ki, “Liverpul” hələlik “Valensiya” ilə transfer barədə razılığa gəlməyib.

Mamardaşvili 2022-ci ilin yanvarından “Valensiya”da çıxış edir. O, İspaniya klubunun heyətində 100 oyun keçirib, 112 qol buraxıb və 31 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button