“Liverpul” güclü komandadır, ancaq…” – Poçettino
“Tottenhem”in baş məşqçisi Maurisio Poççetino Çempionlar Liqasının finalında “Liverpul”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, final matçını qazanmaq istədiklərini deyib:
“Çempionlar Liqasında inanılmaz bir mövsüm keçiririk. “Liverpul” qarşısında meydanda mübarizə aparmağa hazırıq. “Liverpul” güclü komandadır, ancaq biz də özümüzə inanırıq. Finaldan zövq alıb, futbol tarixinə keçmək istəyirik. Bunun üçün də matçı qazanmalıyıq.
Finala qədər gəlməyimizdə heyətdə yer alan 25 futbolçumuzun da əməyi var. Bir neçə həftə əvvəl UEFA-dan, hər iki klubun tam heyətinin şəklinin oyundan əvvəl göstərilməsini istəmişik”.
“Liverpul” – “Tottenhem” matçı bu gün, saat 23:00-da start götürəcək. “Vanda Metropolitano” stadionunda keçiriləcək qarşılaşmanı sloveniyalı Damir Skomina idarə edəcək.
Bizi Facebook-da izləyin