“Liverpul” “Genk”lə oyuna onlarsız çıxır – 2 itki
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə “Genk”lə qarşılaşacaq “Liverpul” bu oyuna itkilərlə çıxacaq.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi bu qarşılaşmada iki futbolçusunun xidmətindən məhrumdur. Komandanın müdafiəçiləri Trent Aleksandr-Arnold və Joel Matip bu gün keçiriləcək oyunda iştirak etməyəcək. Baş məşqçi Yurgen Klopp Trentin xəstə olduğunu, Matipin isə dizindən zədələndiyini bildirib:
“Matipin kiçik zədəsi var, “Mançester Yunayted”lə oyundan sonra zədəni yenilədi. İndi onun tam sağaldığına əmin olmalıyıq. Trentin isə tez sağalacağına ümid edirik, amma onun bu gün oynamaq şansı yoxdur”.
Komandanın hücumçusu Məhəmməd Salah isə zədəsini sağaldaraq, səfərə yollanan heyətdə yer alıb.
“Genk” – “Liverpul” oyunu bu gün, saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin