
“Liverpul” futbolçusunu Səudiyyə Ərəbistanı klubuna sata bilər
“Liverpul”un hücumçusu Darvin Nunyes karyerasını Avropadan kənarda davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu 25 yaşlı futbolçunu almaq imkanını ciddi şəkildə nəzərdən keçirir.
Nunyes bu mövsüm “qırmızılar”ın heyətində 26 oyunda 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. O, 2022-ci ilin yayında “Benfika”dan 85 milyon avro qarşılığında Liverpul”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin