
“Liverpul” futbolçusunu Cerrardın yanına göndərdi
“Liverpul”un futbolçusu Şeyi Ojo karyerasını Şotlandiyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, “Reyncers” klubu 22 yaşlı yarımmüdafiəçini 1 illik icarəyə götürüb. Bu barədə Qlazqo təmsilçisinin rəsmi saytı məlumat yayıb.
2011-ci ildə “Liverpul”a keçən Ojo, son mövsümü icarə əsasında Fransanın “Reyms” klubunda keçirib.
“Reyncers”in baş məşqçisi “Liverpul”un sabiq futbolçusu Stiven Cerrarddır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin