“Liverpul” futbolçusunu 1 aylıq itirdi
“Liverpul”un zədəli futbolçusu Trent Aleksander-Arnoldun vəziyyətinə aydınlıq gəlib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqanın son turunda “Mançester Siti” ilə oyunda (1:1) zədələnən futbolçu azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. 22 yaşlı futbolçunun Mersisayd klubunun noyabrda keçirəcəyi oyunları buraxacağı dəqiqdir. Onun dekabrın əvvəllərindəki oyunlarda iştirakı isə şübhəlidir. Bundan başqa, o, İngiltərə millisinin düşərgəsinə də qatıla bilməyəcək.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 11 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin