
“Liverpul”un müdafiəçisi klubunu dəyişə bilər
“Liverpul”un sol cinah müdafiəçisi Kostas Tsimikas bu yay komandasını tərk edərək Premyer Liqanın başqa klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nottingem Forest” yunan futbolçu ilə maraqlanır. Yaxın vaxtlarda klub “Liverpul”la rəsmi danışıqlara başlaya bilər.
“Qırmızılar”ın baş məşqçisi Arne Slot müdafiəçini qarşıdakı mövsüm üçün əsas heyət üzvü kimi görmür.
Tsimikas son mövsümdə Premyer Iiqada 29 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin