Premyer Liqa klubu Frimponqun transferini bitirmək üzrədir

“Liverpul” müdafiə xəttini gücləndirmək istiqamətində vacib bir addım atmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi Leverkuzen “Bayer”inin müdafiəçisi Ceremi Frimponqun transferinə çox yaxınlaşıb.

Tərəflər aktiv danışıqları davam etdirir və transferin son detalları üzərində işləyirlər. 24 yaşlı futbolçu artıq “qırmızılar”a keçməyə və baş məşqçi Arne Slotun rəhbərliyi altında oynamağa hazır olduğunu bildirib. Məhz Slot bu transferin gerçəkləşməsində israrlıdır.

Niderlandlı oyunçunun “Bayer”lə müqaviləsində 35-40 milyon avro dəyərində sərbəst qalma maddəsi yer alıb və “Liverpul” da bu məbləği ödəməyə hazırdır.

Avropanın ən məhsuldar müdafiəçilərindən sayılan Frimponq cari mövsümdə Bundesliqada 33 oyuna çıxaraq 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Ümumilikdə isə o, “Bayer”də keçirdiyi 4,5 il ərzində 190 oyunda 30 qol və 44 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button