
“Liverpul” yeni transferi üçün 35 milyon avro ödəyəcək
“Liverpul” niderlandlı müdafiəçi Ceremi Frimponqun transferi üçün Leverkuzen “Bayer”inə 35 milyon avro ödəyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ödəniş üç mərhələdə həyata keçiriləcək.
Frimponqun “Liverpul”a keçidi barədə ilk məlumat mayın 30-da yayılmışdı. Əvvəlcə transferin 40 milyon avroya başa gəldiyi bildirilmişdi, ancaq sonradan ödəniş məbləğinin 5 milyon avro daha az olduğu ortaya çıxıb.
24 yaşlı futbolçu 2024/25 mövsümündə “Bayer”in heyətində ümumilikdə 48 oyuna çıxıb, 5 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



