
“Liverpul” Frimponqla gücləndi
“Liverpul” “Bayer”dən ayrılan Ceremi Frimponqla müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Niderland millisinin üzvü ilə uzunmüddətli sözləşmə bağlanıb.
24 yaşlı cinah müdafiəçisi cari mövsüm bütün turnirlərdə “Bayer” forması ilə 48 oyuna çıxıb, 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



