
Barkola İngiltərə klubuna keçə bilər
PSJ-nin vingeri Bredli Barkola İngiltərə Premyer Liqasının top-klubuna keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. 22 yaşlı futbolçu ilə “Liverpul” maraqlanır.
Mersisayd təmsilçisi “Nyukasl”ın və İsveç millisinin hücumçusu Aleksander İsakı transfer edə bilməsə, diqqətini Barkolaya yönəldə bilər.
Fransalı futbolçunun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. O, son mövsümdə 58 oyunda iştirak edib, 21 qol vurub və 19 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



