“Liverpul” Fabinyonu itirdi – azı 4 həftə olmayacaq
“Liverpul”un yarımmüdafiəçisi Fabinyo üçün 2019-cu il bitib.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi “Napoli” ilə Çempionlar Liqası oyununda sıradan çıxıb.
Görüşün 19-cu dəqiqəsində zədələnərək əvəzlənən futbolçunun durumunun ciddi olduğu müəyyənləşib. Həkimlər 26 yaşlı yarımmüdafiəçinin təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu isə o deməkdi ki, Fabinyo üçün il bitib.
O, komandanın qarşıdakı 10 oyununu buraxmaq təhlükəsi ilə üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin