“Liverpul”dan stadion işçilərinə jest
“Liverpul” “Enfild Roud”da təkcə oyun günləri çalışan işçilərin məvaciblərini ödəməyə davam edəcək.
Komanda.az xəbər verir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb. Xəbərdə, “Liverpul”un yalnız oyun günləri çalışan stadion işçilərinin məvaciblərini aprelin 30-na qədər ödəyəcəyi bildirilib.
Mersisayd təmsilçisinin məvacibləri aprelin 30-na qədər verəcəyi və bunun “Liverpul”a 200-250 min funt-sterlinqə başa gələcəyi bildirilir.
Koronavirus pandemiyasına görə İngiltərədə bütün futbol yarışları aprelin 30-na qədər dayandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin