
“Liverpul” futbolçusuna qiymət qoyub
“Liverpul” yarımmüdafiəçisi Harvi Elliottun transfer qiymətini müəyyən edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə Premyer Liqanın bir neçə klubu, o cümlədən “Vulverhempton” maraqlanır.
“Qırmızılar” Elliottu 47,2 milyon avroya satmağa hazırdır.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər üzrə 25 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl onun adının “Bornmut”la mümkün oyunçu dəyişməsi ilə əlaqələndirildiyi bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin