“Liverpul”dan valideynləri qaçırılan futbolçu ilə bağlı bəyanat

İngiltərənin “Liverpul” klubu hücumçusu Luis Diasın valideynlərinin oğurlanması ilə bağlı rəsmi saytında bəyanat yayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub bu məsələnin təhlükəsiz şəkildə həll olunacağına inandığını bildirib:

“Liverpul” klubu təsdiq edə bilər ki, Kolumbiyada Luis Diasın ailəsi ilə bağlı davam edən vəziyyətdən xəbərdardır. Ümid edirik ki, bu məsələ tezliklə təhlükəsiz şəkildə həll olunacaq. Hələlik futbolçunun rifahı bizim bilavasitə əsas məqsədimiz olaraq qalacaq”.

Diasın valideynlərinın qarşısı oyunçunun vətəni Kolumbiyanın Quajira departamentindəki Barrankas şəhərində, avtomobil idarə edərkən motosikletli naməlum adam tərəfindən kəsilib. Kolumbiyalı futbolçunun anası və atası şəxsi avtomobilləri ilə qaçırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button