
“Liverpul” Maliki alacaq – Diası satsa
“Liverpul” hücumçusu Luis Dias transfer edilərsə, yeni cinah oyunçusu alacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” kolumbiyalı futbolçu ilə maraqlanır və oyunçunun bahalı transferini həyata keçirmə ehtimalı yüksəkdir. Forvardın Münhen klubuna keçidinin dəyəri 70 milyon avronu keçə bilər.
İngiltərə klubu Diasın ayrılacağı təqdirdə, yeni hücumçu almaq niyyətindədir. Əsas hədəflərdən biri “Lion”un futbolçusu Malik Fofanadır, lakin digər namizədlər də nəzərdən keçirilir.
“Liverpul” bu yay yeni oyunçular üçün artıq 300 milyon avrodan çox xərcləyib. “Qırmızılar”ın heyətinə bu yaxınlarda hücumçu Huqo Ekitike də qoşulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



