
“Liverpul” fransalı hücumçu üçün rəsmi təklif göndərəcək
Frankfurt “Ayntraxt”ının hücumçusu Huqo Ekitike uğrunda mübarizəyə daha bir top-klub qoşulub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” 23 yaşlı forvard üçün rəsmi təklif göndərmək niyyətindədir və artıq Frankfurt təmsilçisini bu barədə məlumatlandırıb.
Mersisayd klubu fransalı futbolçu üçün “Nyukasl”dan daha yüksək məbləğ ödəməyə hazır olduğunu bildirib. Hələlik “Liverpul”dan rəsmi təklif gəlməsə də, bu gün tərəflər arasında yeni bir görüş planlaşdırılıb.
Dünən “Nyukasl”la “Ayntraxt” arasında aparılan danışıqlarda irəliləyiş əldə olunmayıb. Almaniya klubu isə Ekitikenin daha çox “Liverpul”a keçmək istədiyini düşünür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



